“Azəriqaz” İB-nin rəhbərliyi qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

0
602

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 16.05.2019-cu il tarixində  “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Gəncə şəhərində, Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Goranboy, Ruslan Əliyev  isə Samux rayonunda vətəndaş qəbulu keçiriblər.

Energetika Nazirliyi və Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmilərinin də iştirak etdiyi qəbulda Gəncə şəhəri,  Goranboy, Samux, Göygöl rayonu vətəndaşları ilə yanaşı həmin rayonlarda məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin müraciətlərinə də baxılıb. Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.

“Azəriqaz” İB-nin rəhbərliyi hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqıarını bildiriblər.