İzmirdə zəlzələ nəticəsində dağılan evlərin inşaatçıları həbs olunub

0
436

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində dağılan binaların tikintisində iştirak etmiş doqquz nəfər saxlanılıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İzmir Prokurorluğundan bildirilib ki, faktla bağlı daha iki nəfərin saxlanması ilə bağlı iş aparılır.