“Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün… – VİDEO

0
441

Cəbhədə törədilən erməni təxribatına layiqli cavab verən Azərbaycan ordusu erməni hərbi birləşmələrini darmadağın edərək, işğalda olan əraziləri mənfur düşməndən təmizləyir. Böyük qələbəyə doğru gedən yolda bir ayı geridə qoyan şanlı ordu Ali Baş Komandanın rəhbərliyi altında əsl tarix yazır.

Cəbhədə şiddətli döyüşlərin başlamasından bir ay ötür. Keçən bu müddət vaxt baxımından qısa olsa da, düşmənə vurulan zərbələrin miqdarı bir o qədər böyükdür.

Bu gün ən müasir silahlarla təchiz edilən Azərbaycan ordusu düşmənin istənilən hərbi texnikasını məhv etmək iqtidarındadır. Müzəffər ordunu Ermənistanın pərakəndə hərbi birləşmələrindən fərqləndirən ən başlıca cəhət də məhz budur.

Döyüşlər başlayan müddətdən keçən bir ay bizi həm də qalib xalq olaraq dünyaya tanıtdı və mübarizə əzmimizi özümüzə qaytardı. Dövlət, xalq və ordu həmrəyliyi isə özünün ən pik həddinə çatıb. Bir aydır davam edən müharibə Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə möhkəmlənməsinə səbəb olub.

Son bir ay həm də onu göstərdi ki, erməni vətəndaşları Paşinyana yalnız sağ ikən və döyüşmək üçün lazımdır. Belə olmasa idi, baş nazir öz cəsədlərini götürmək üçün Azərbaycanın verdiyi humanitar atəşkəs şansından istifadə edərdi. Lakin Paşinyan üç dəfə humanitar atəşkəsin tələblərini kobud şəkildə pozaraq, öz xalqını qırğına göndərməkdən çəkinmədi və bu vəziyyət indi də davam edir.

Təəssüf ki, müharibə itkilərsiz olmur. Öz torpaqlarını düşmən tapdağından azad etmək üçün gözünü qırpmadan canını fəda edən Azərbaycan əsgəri döyüşərək şəhidlik zirvəsinə ucalır. Lakin döyüş meydanında məhv edilən mənfur düşmən öz məğlubiyyətinin əvəzini dinc insanlardan, uşaqlardan çıxır.

Daha ətraflı Baku TV-nin videosüjetində: