Donald Trampın seçki kampaniyasında Gəncə terroruna etiraz edilib – VİDEO

0
363

ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası çərçivəsində Pensilvaniya ştatının Allentoun şəhərində seçicilərlə görüşü zamanı bu ölkədə yaşayan bir qrup soydaşımız diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində törətdiyi terror aktlarına yönəldiblər.

Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Elcan Yerdələnlinin təşəbbüsü ilə buraya toplaşan azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə etiraz edib, diqqəti Azərbaycanın mülki əhalisinin atəşə tutulmasına, günahsız körpələrin öldürülməsinə yönəltmək məqsədilə haqq səslərini ucaldıblar. Soydaşlarımız meydana plakatlar gətiriblər və Azərbaycanın üçrəngli bayrağını dalğalandırıblar.