Bu rayonları dolu vurdu

0
654

Mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Şəki ilə yanaşı Zaqatalaya da dolu yağıb.

Rayonun Car, Muxax və bir neçə dağətəyi kəndlərinə dolu yağması nəticəsində təsərrüfata ciddi ziyan dəyib.

 

Şəkiyə güclü dolu yağıb.

Mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgənin dağətəyi ərazilərinə qısamüddətli yağış yağıb. Qeyri-sabit hava şəraiti ən çox Şəki şəhərinin və ətraf kəndlərin ərazilərində özünü göstərib. Gecə saat 01:40 radələrində Şəki şəhəri və bir neçə dağətəyi kəndlərə 10-15 dəqiqə ərzində küləklə müşahidə edilən dolu yağıb.

Yerli sakinlərin verdiyi məlumata görə, güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib.