Putin Qarabağ açıqlaması ilə Azərbaycana hansı mesajı verdi? – ASIAPOL DEŞİFRƏ ETDİ – VİDEO

0
563

Ermənistan-Azərbaycan arasında alovlanan münaqişədən sonra maraq dairəsində olan “Rusiyanın mövqeyi necə olacaq” sualı ötən gün cavabını tapdı. Rusiya Prezidenti Vladimir Putinin “Döyüş Ermənistan torpağında getmir” açıqlaması ürəklərə su səpdi.

Bəs bu açıqlama hansı mənaya gəlir?Asiya Polis Təşkilatının (ASIAPOL) qurucularından biri Tələt Ənvər Çətin Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə təşvişlə baxdığını bildirib.

Münaqişənin əsl hədəfi

Onun sözlərinə görə, Rusiyanın “ayaq uclarında” iki keçmiş müttəfiqin döyüşməsinin ona heç bir faydası olmayacaq: “Dolayısı ilə bu döyüşün əsl hədəfi Türkiyədir. Şərqi Aralıq dənizində Türkiyəni dayandırmaq üçün hər şeyi edən, Liviyadakı Sərrac hökuməti ilə Türkiyə arasındakı xüsusi razılaşmanı həzm edə bilməyən qlobal qruplaşma fiqurları Makrona “Türkiyəni dayandır” əmri verib. Makron da Türkiyəni dayandırmaq üçün üzünə yeni maska taxaraq əvvəlcə Putinə (Rusiya prezidenti – red.), oradan da Merkelə (Almaniya kansleri – red.) və Aralıq dənizindəki bütün ölkələrə Türkiyə əleyhinə təxribat törədərək onu dayandırmağın

Avropanın təhlükəsizliyi üçün məcburiyyət olduğunu qəbul etdirmək istəyib. Lakin Makron bunu qətiyyən bacarmayıb, bacarmadığı üçün də bütün bu hadisələr baş verib. Onun bu planda istifadə etdiyi ən əhəmiyyətli arqument Yunanıstandır. Yunanıstana Şərqi Aralıq dənizində Türkiyənin başına bəla olmaq vəzifəsi verilib, lakin Yunanıstan bu tapşırığı yerinə yetirə bilməyib. Bunun səbəbi də Türkiyənin dərin düşüncəsinin vəziyyəti anlaması və tədbir görməsidir”.

“Sənə vura bilməsəm, qardaşına vuraram”

Mütəxəssis qeyd edib ki, Türkiyəni dayandırmağın başqa yolunu axtaran beyinlər “sənə vura bilməsəm, qardaşına vuraram” məntiqi ilə Azərbaycanda bir hadisənin yenidən alovlanması planını ortaya qoyub: “Bütün bu planlar, xüsusilə, qlobal şeytani qruplaşmaya və onun zavallı qolu Makrona aiddir. Fransadakı 1 milyona yaxın erməninin hökumət üzərindəki təsiri aşkardır. Eyni zamanda, qlobal güclərin nəzarətindəki Los-Anceles erməni lobbisinin də buna paralel baxması Ermənistanın bu layihəni udmasını və Azərbaycana yenidən hücum etməsini təmin edib”.

Rusiyaya sərf etmir

Çətin xatırladıb ki, Azərbaycana hücumlar 2 ay əvvəl münaqişə ocağı olan Qarabağdan deyil, birbaşa Ermənistandan başlayıb: “Təbii ki, türkün dərin düşüncəsi dayanmır, izləyir və görür. Bunu fürsətə çevirməyin tam zamanı idi. Çünki onların Şərqi Aralıq dənizi planı vardı, amma Allahın da bir planı vardı. Gördüyünüz kimi, Ermənistan hökuməti ilə Rusiyanın ən sıxıntılı və soyuq olduğu günlərdə bu işin cərəyan etməsi Qarabağın yenidən türk yurduna çevrilməsinə vəsilə oldu. Yəni Ermənistanın hazırkı prezidenti Armen Sarkisyanın bu erməni şeytani qruplaşmanın, şirkətlərin baş məsləhətçisi olduğunu, hələ də oradan maaş aldığını desəm, heç biriniz təəccüblənməyin. Eyni şəkildə, keçmişdə özünü jurnalist kimi qələmə verən Paşinyanın (Ermənistanın hazırkı baş naziri – red.) bir anda hakimiyyətə seçilməsi Sarkisyanla onun Qərb həmləsi ilə Cənubi Qafqazdan rus ordusunu və rusların mövcudiyyətini çıxarmaq üçün gizli-gizli işləməsini Rusiyanın da,

Türkiyənin də dövlət ağlı görüb. Buna görə də Rusiyanın baxış bucağına gəldiyimizdə “ayaq uclarında” bir münaqişədən narahat olmaqla yanaşı, öz maraqlarına da uyğun gəlmədiyini bilmək artıq Ermənistanın müdafiəsinə, hamiliyinə keçmədiyini deməyə əsas verir. Heç keçmədi də. Azərbaycan Ordusu Ermənistanı darmadağın edib. Çünki erməninin ordusu yoxdur. Erməninin sərhəd qoşunları rus əsgərlərindən ibarətdir. Rus əsgərlərinin vəzifəsi isə sərhəd təhlükəsizliyini qorumaqdır”.

Putin Paşinyanın eşşəkdən enməsini təmin etdi

Onun sözlərinə görə, dolayısı ilə Ermənistan bütün vəchlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəlikləri çərçivəsində ona hücum edilirmiş və təşkilatın qurucusu olan Rusiyanın ona sahib çıxırmış təəssüratı yaratmaq üçün son zamanlarda Rusiyadan ala bilmədiyi dəstəyi razılaşmaya əsaslanaraq şantaj materialı etmək istəyib: “Buna isə ötən gün Rusiya Prezidenti Vladimir

Putin tarixi cavab verərək Paşinyanın eşşəkdən enməsini təmin edib. Paşinyan dəfələrlə Putinlə danışmaq üçün cəhd göstərib, lakin bu cəhdləri uğurlu alınmamışdı. Uğurlu olsa belə, Azərbaycan və Türkiyə əleyhinə bir cümlə də Putinə deyə bilməyib”.

Azərbaycana “torpaqlarını geri al” mesajı

Mütəxəssis bu tarixi sözün arxasında Azərbaycana “tezliklə torpaqlarını geri al, Avropa bu işi qızışdırana qədər geri al” mesajı olduğunu açıqlayıb: “Və bir tərəfdən də Türkiyə ilə bəzən maraq münaqişəsinə girsək də, Qərbin gözündə eyni gəmidəyik. Ha gördüyün kimi Türk-İslam dünyasının lideri Ərdoğan, ha Şərqin qüdrətli, güclü kəşfiyyat köklü lideri Putin mesajı var. Buradan anlayırıq ki, Azərbaycan Ordusu sürətli şəkildə, xəta etməmək şərtilə Qarabağı azad etməlidir”.