Silahlı Qüvvələrə Yardım Fonduna ianələr – SİYAHI

0
944

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.

Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aşağıdakı qurumlar ianələr köçürüb:

“Sədərək” Firması – 1.180 900 AZN

Ruslan Kəndli Fermer Təsərrüfatı MMC – 5000 AZN

“Azərbaycan Dəmir Yolları” QSC – 743.000 AZN

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 18.000 AZN

“SƏADƏT-M” – 1000 AZN

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC – 100.000 AZN

“Mətanət A” şirkəti – 100.000 AZN

Aqrar İnnovasiya və Təchizat Şirkəti QSC – 50.000 AZN

“Avtoş dönər” – 15.000 AZN

“Sika” Azərbaycan şirkəti – 10.000 AZN

“Azərbaycan Kredit Bürosu” – 30.000 AZN

“RAN FRUIT” – 30.000 AZN