Ermənilərin ölkəmizi atəşə tutmasına görə yığmamız neytral meydanda oynayacaq – RƏSMİ

0
399

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan – Kipr oyunu Albaniyanın Elbasan şəhərində təşkil olunacaq.

Bununla bağlı AFFA ilə UEFA arasında danışıqlar aparılırdı. UEFA yekun qərarını bu gün açıqlayıb.

Oyunun Elbasan şəhərindəki “Elbasan Arena”da olacağını UEFA xəbər verib. Maraqlıdır ki, AFFA-nın saytı oyunun Albaniyanın paytaxtı Tiranada olacağını bildirib.