6 oktyabr tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 milyon manat həcmində 728 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bakı Fond Birjasından verilən məlumata görə, hərrac zamanı 11 investor tərəfindən 15 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 milyon 689 min manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 4 oktyabr 2022-ci ildir.