Bakıda daha bir sərnişin avtobusu qəza törətdi

0
365

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 79 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yağışlı hava şəraitində yol sürüşkən olduğundan idarəetmədən çıxıb. Nəticədə avtobus yoldan çıxaraq dərəyə aşıb.

Daha sonra istinad divarına çırpılıb. Avtobusda olan sərnişinlər təxliyyə edilib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.