Türkiyədə “Azərbaycan gecəsi” keçirilib – FOTO

0
383

Türkiyədə Mersin Dövlət Opera və Balet sənətçilərinin iştirakı ilə “Azərbaycan gecəsi” təşkil edilib.

Mersin Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert böyük maraqla qarşılanıb.

Konsertdə Rauf Hacıyevin Sənsiz, Tofiq Quliyevin Axşam, Yalqızam, Əli Səliminin Ayrılıq, Üzeyir Hacıbəylinin Arşın Mal Alan operasından Asiya və Əsgərin Ariyası və digər əsərlər səsləndirilib.

Təxminən 1,5 saat davam edən konsertdə, koronavirus səbəbiylə sosial məsafə gözlənilib və maskadan istifədə edilib.