Tunel qazaraq qaçan məhbuslar saxlanıldı – FOTO/VİDEO

0
433

Rusiyanın Dağıstan Respublikasında yerləşən 2 saylı cəzaçəkmə müəssisəsindən qaçan məhbusların altısı da saxlanılıb.

Bu barədə ölkə DİN-i məlumat yayıb.

Xatırladaq ki, altı dustaq qazdıqları tunel vasitəsi ilə saxlanıldıqları həbsxanadan qaçıblar.

Hüquq mühafizə orqanlarının apardığı araşdırma nəticəsində məlum olub ki, məhbuslar bir il əvvəldən qaçış üçün plan qurub və uzun tunel qazmağa müyəssər olublar.