Elektron Su Portalında abonentlərə 24 saat xidmət göstəriləcək – FOTO

0
342

“Azərsu” ASC-nin bu gündən istifadəyə verdiyi Elektron Su Portalı (http://e-su.az) Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərmanı əsasında hazırlanıb.

Bu barədə “Azərsu” ASC-nin məlumatında qeyd olunub.

Bildirilib ki, portalın hazırlanmasında məqsəd vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın, operativliyin, şəffaflığın və səmərəliliyin artırılmasıdır. Bu məqsədlə istifadəyə verilən portala giriş “Asanlogin” üzərindən həyata keçirilir.

Sistemə daxil olduqdan sonra abonent kodu, telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunur. Sistem Elektron Hökumət Portalına inteqrasiya olunduğundan qeydiyyat zamanı istifadəçi barədə məlumatlar dərhal sistemdə görünür. Bundan sonra sistemdə aktivləşdirilən xidmətlərdən istifadə etmək mümkündür.

Portalda vətəndaşlar üçün “online çat” imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkandan yararlana bilərlər.