“Ulduz” metrostansiyası yanında yanan nədir? – AÇIQLAMA – VİDEO

0
351

Bakının Nərimanov rayonunda yanğın olub.

Hadisənin “Ulduz” metrostansiyasına gedən yolda baş verdiyi qeyd olunub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən  verilən məlumata görə, qeydə alınan hadisə təkər tullantılarının yandırılması ilə bağlı olub.

Əraziyə Nazirliyin Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb edilib və yanğın söndürülüb.