Rasim Məmmədov “Gəlin ölkəmizi, dövlətimizi qoruyaq” – video

0
560

“QHT-lərin fəaliyyətinə ciddi nəzarət və müşahidələrimiz bu qənaətə gətirib çıxarır ki, heç kimin ağız dolusu danışmaq haqqı yoxdur. Rüşvətxor və korupsioner məmurlara göz yuman bir çox QHT rəhbərləri bu gün qəhrəmancasına danışmaqla vəziyyəti düzgün təhlil etməyə mane olurlar. Eyni zamanda bir çox insanların susqunluğu, mövqesizliyi cəmiyyətdə böyük problemlər yaradır. Bir çox millət vəkilləri isə özlərinin, övladlarının adına QHT yaradaraq büdcəni talan edirlər.”
Bu sözləri İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, İctimai xadim Rasim Məmmədov dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Adminstrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin QHT-hökümət dialoqu çərçivəsində social, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-rəhbərləri ilə görüşü zamanı söyləmişdir.
Bu görüş zamanı Rasim Məmmədovun tam çıxışını oxuculara təqdim edirik.

“ictimaixeber.az”