Ermənistanda koronavirusdan ölənlərin sayı 926-ya çatdı

0
340

Ermənistanda son sutka ərzində 239 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46910-a çatıb.

Son sutkada virusdan daha 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 926-ya çatıb.