“Qalatasaray”ın Bakıya gətirəcəyi futbolçular bilindi – ADLAR

0
431

Məlum olduğu kimi, Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşmaq üçün bu gün Bakıya gələcək.

Baş məşqçi Fatih Terim 20 futbolçunu Bakıya gətirir.

Bunlar Şener Özbayraklı, Omar Elabdellaui, Taylan Antalyalı, Rayan Babel, Radamel Falkao, Yunes Belhanda, Martin Lines, Rayan Donk, Ömər Bayram, Cimi Durmaz, Kristian Luyindama, Okan Kocuk, Marselo Sarakki, Markao Teyşeyra, Əmrə Kılınç, Arda Turan, Cesi Sekidika, Sofian Fequli, Mbay Dian və Fatih Öztürkdür.

Heyətdə UEFA-ya adları təqdim edilmiş futbolçulardan Oqenekaro Etebo, Yunus Akgün və Ali Yavuz Kol Bakıya gətirilməyəcək.

Qeyd edək ki, “Qalatasaray” təxminən saat 15:00-da Bakıda olacaq. Oyun isə sentyabrın 17-si saat 20:00-da başlayacaq. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.