Zaqatalada “Azərpoçt”un şöbələrinə basqın olub – VİDEO

0
432

Zaqatalada son iki həftə ərzində “Azərpoçt”un iki şöbəsinə basqın edilib.

Belə ki, hər iki oğurluq cəhdi sentyabr ayının birinci ongünlüyündə olub. İlk olaraq “Azərpoçt”un Zaqatala rayon filialının Zaqatala şəhəri Qaladüzü adlanan yaşayış massivinin poçt şöbəsinə, daha sonra isə Yuxarı Tala kənd ərazisində fəailiyyət göstərən poçt şöbəsinə gecə saatlarında nəməlum şəxs və yaxud şəxslər tərəfindən basqın edilib.

Hər iki poçt şöbəsinə inzibati binanın pəncərəsindəki dəmir barmaqlıqları dağıtmaq yolu ilə içəri daxil olublar. Lakin onlar poçt şöbələrində olan dəmir seyfə müdaxilə edə bilməyiblər. Oğrular poçt şöbələrinin binasından oğruluq edə bilməyib, binanı tərk ediblər.

Hər iki faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.