Türkiyə mətbuatı Əli Həsənovla FETÖ əlaqələrindən yazdı

0
409

“Hər nə qədər özünü uzun müddət Azərbaycan hökuməti adından Türkiyə ilə münasibətləri idarə edən şəxs kimi göstərsə də, Əli Həsənov Azərbaycanda “Fetullahçı Terror Örgütü” (FETÖ) ilə yaxın münasibətləri olan, xarici qüvvələrlə əlaqəli qrupa xidmət edən bir şəxsdir”.

Bu fikri “Türkiye Gazetesi”ndə yayımlanan məqaləsində nəşrin müəllifi Cem Küçük qeyd edib.

“Həsənov uzun müddət Azərbaycanda FETÖ-nun ən vacib ortaqlarından biri olmuş, bu əməkdaşlıq 15 iyuldan (Türkiyədə çevriliş cəhdi) sonra da davam etmişdir. Bunun ən bariz nümunəsi FETÖ-nün Azərbaycandakı televiziya kanalı “Xəzər TV” ilə Həsənovun münasibətləridir. Azərbaycanda daha əvvəl “Samanyolu TV”nin Bakı bürosu kimi çalışan “Xəzər TV” “Bank Asiya”nın krediti ilə yerli yayım kanalına çevrilib və 2013-cü il dekabr hadisələrindən sonra Həsənovla ortaq olub.

17-25 dekabr müddətində Bakını ziyarət edən FETÖ nümayəndəsi Faruk Taban Əli Həsənovla görüşüb. Beləliklə FETÖ kadrlarının kanalda fəaliyyətlərini davam etdirməsi təmin olunub.

“Samanyolu TV”nin Türkiyədəki reklam departamentinin rəhbəri Mehmet Özkundakçının qardaşı Gökhan Özkundakçıdır. Beləliklə FETÖ “Xəzər TV” vasitəsilə Əli Həsənovla televiziyanın reklam gəlirlərinə də ortaq olub.

Əli Həsənov bu vəzifələrindən azad edilib. Ancaq dövlət daxilindəki kadrlarının qalması, eyni zamanda idarə etdikləri böyük pullar onları hələ də güclü saxlayır.

Həsənovun Avropada yaşayan bəzi “qələmdaşları” var. Bunlar sosial şəbəkə və “YouTube” vasitəsilə İlham Əliyev və hökumətinin əleyhinə qara piar aparır.

Türkiyə və Azərbaycan ətlə dırnaq kimidir. Taleyimiz eynidir. Bu baxımdan çox diqqətli olmaq gərəkdir. Bizim üçün əsl vacib olan İlham Əliyev və hökumətidir. Türkiyə hər şəraitdə Azərbaycanın yanındadır”.