2021-ci ilin dəbdə olacaq rəngi elan edildi

0
837

Niderlandın məşhur boya markası “Dulux” növbəti il dəbdə olacaq  populyar rəngin adını açıqlayıb.

Belə ki, 2021-ci ilin rəngi “Brave Ground” adlandırılan torpaq-bej rəngi seçilib.

Şirkət bu rəngin universal olduğunu, təbiətin gücünü əks etdirdiyini və təsadüfi seçilmədiyini qeyd edirlər.

“Torpaq-bej (“Brave Ground”) çalarlarının seçilməsində koronavirus pandemiyası böyük rolu var. Pandemiya nəticəsində insanların yaşamaq üçün prioritetləri, yaşayışı və iş şəraiti də əhəmiyyətli dərəcədə dəyişib. “Colour Futures 2021” palitrasının bir hissəsi olan torpaq-bej (“Brave Ground”) insanlara rahatlıq hissi bəxş edəcək və müsbət enerji ötürəcək”, – deyə “Dulux” şirkətinin yaradıcı direktoru Marianna Şillinqford vurğulayıb.