“Barselona”nın hücumçusu Lionel Messi böyük ehtimalla cari transfer mövsümündə katalon klubundan ayrılmayacaq.
Nəşr qeyd edir ki, Lionel Messi yaxın günlərdə fikrini dəyişdiyini və ən azı daha bir mövsüm “Barsa”da qalacağını açıqlayacaq.
Buna səbəb “Barselona”nın oyunçunu satmaqdan qəti şəkildə imtina etməsidir. Belə olan halda isə Messi klubdan qalmaqalla ayrılmaq istəmir.