Bir saatdan çox davam edən günorta yuxusu ölümcül təhlükəlidir

0
604

Bir saat və daha çox müddət davam edən günorta yuxusu ölümcül təhlükəli ola bilər.

Çinin Gansu Tibb Universitetinin alimləri bu qənaətə gəlib.

Tədqiqatlar zamanı məlum olub ki, 60 dəqiqədən çox çəkən günorta yuxusu müxtəlif xəstəliklərdən ölüm riskini 30 faiz, ürək-damar xəstəliklərindən qaynaqlanan ölüm riskinin 34 faiz yüksəldir.

Bir saatdan çox çəkən günorta yuxusu qadınlar üçün daha təhlükəli hesab edilir.

Eyni zamanda, günorta 60 dəqiqədən az davam edən qısa yuxu sağlamlıq üçün təhlükəli deyil və gecə yaxşı yata bilməyən insanların ürək-damar sisteminin vəziyyətini yaxşılaşdıra bilər.