Rəqib sərt oynadı, komanda oyunu yarımçıq tərk etdi

0
497

Niderlandda iki futbol klubu arasında keçirilən yoldaşlıq görüşü maraqlı hadisə ilə yadda qalıb.

“Eyndhoven” və “Katveyk” komandaları arasında qarşılaşma 44-cü dəqiqədə dayandırılıb.

“Eyndhoven” klubunun futbolçuları rəqibin həddindən artıq kobud oynadığını əsas gətirərək, meydançanı tərk ediblər.

“Rəqib komandanın açıqlamalarını oxuyanda elə təəssürat yaranır ki, sanki biz onları öldürmək istəmişik. Halbuki bu yalandır. Hər iki komandanın futbolçusu kobud oynadığı üçün sarı vərəqə alıb.

Tibbi yardım briqadasının həkimləri futbolçulara kömək etməyə hazırlaşırdı. Rəqib komandanın oyunçuları mövsümün əvvəlində ayaqlarını zədə təhlükəsindən qorumağa çalışırdılar, lakin indi onlar bizim xərclərimizi və imicimizə vurulan zərəri ödəməli olacaqlar”, – deyə “Katveyk”in idman direktoru Siza Bruinink söyləyib.