Çempionlar Liqası kubokunu “Bavariya” qazandı – VİDEO

0
632

Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümünə yekun vurulub.Turnirdə final görüşü keçirilib.

Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyanın ən güclüsü “Bavariya” üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, “Bavariya” isə 11-ci dəfə final oyununa çıxıb.

Qarşılaşmanın taleyini bir qol həll edib.

Oyunun 59-cu dəqiqəsində Kinqsli Komanın qolu “Bavariya”ya 11-ci final matçında 6-cı ÇL çempionluğunu qazandırıb.

Çempionlar Liqası

Final

23 avqust

PSJ (Fransa) – “Bavariya” (Almaniya) – 0:1

Qol: Koman, 59

Baş hakim: Daniel Orsato (İtaliya)

Lissabon. “Da Luş” stadionu