Masallıda meşə ərazisində yanğın…

0
597

Masallı rayonunun Köhnə Zuvand kəndi yaxınlığında meşə ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə nəticəsində 4 hektar sahədə quru ot və ağac kötükləri yanıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub. Alov nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.