Baş nazirdən şok açıqlama: Danışıqlar dayanıb

0
944

Avropa Birliyinin (AB) zirvə toplantısında 2021-2027-ci il üzrə büdcə danışıqları dayandırılıb.

Bunu İtaliyanın Baş naziri Cuzeppe Konte deyib.

“Brüsseldə iki gündür davam edən sammit gözlənildiyindən daha çətin keçib. Danışıqlar dayanıb. Bu, vəziyyətin gözləniləndən daha mürəkkəb olduğunu göstərir. Bir sintez axtarırıq və onu tapmalıyıq. Çünki bu, hər kəsin xeyrinədir. Müzakirə etdiyimiz çoxlu sayda problem var, ancaq hələlik həllini tapa bilmirik”, – baş nazir bildirib.