Tağıyevin heykəli Bakının bu ərazisində ucaldılacaq

0
579

Hacı Zeynalabdin Tağıyevin heykəlinin İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılması nəzərdə tutulur.

Bununla bağlı Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüş zamanı Əməkdar artist Bəhram Bağırzadə Bakıda Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasını təklif edib. Prezident Bəhram Bağırzadənin təklifini bəyənib.