Səudiyyə Ərəbistanında futbolçular arasında koronavirusa kütləvi yoluxma aşkarlandı

Səudiyyə Ərəbistanınında futbolçular arasında kütləvi yoluxma aşkarlanıb.

Bu ölkənin iki liqasında 75 futbolçu koronavirusa yoluxub.

Bildirilir ki, Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə COVID-19 testinin cavabları müsbət çıxıb. Birinci Liqada isə 25 futbolçu koronavirus yoluxucusudur.

Qeyd edək ki, pandemiyaya görə yarımçıq qalmış Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunub, sentyabrın 9-da yekunlaşmalıdır.