Serbiya prezidenti parlament seçkilərində partiyasının qalib gəldiyini elan edib

0
387

Serbiya prezidenti Aleksandar Vuçiç rəhbərlik etdiyi Serbiya Proqressiv Partiyasının (SPP) parlament seçkilərində qalib gəldiyini elan edib.

Bu barədə siyasi təşkilatın qərargahından məlumat verilib.

Məlumata əsasən, prezidentin müraciəti truba çalanın ifası ilə başladı, ardınca SPP üzvləri “Qələbə, qələbə!” səsləndiriblər.

A.Vuçiç öz çıxışında deyib: “Biz hər yerdə, əvvəl məğlub olduğumuz yerdə də qələbə qazandıq. Berlində, Nyu-Yorkda qazandıq, Moskvada 57%, Soçidə 95% səs topladıq!”