Millimizin üzvləri çimərlikdə belə əyləndilər: içki qəbul edərək… -VİDEO

0
395

Azərbaycanın boks üzrə milli komandasının “milliləşdirilmiş” üzvləri,  Lorenso Sotomayor, Alfonso Domniqes və Osnay Bencomonun paytaxt çimərliklərininin birində əyləncə görüntüləri yayılıb. 

Onlar ölkədə sərt karantin rejiminin elan olunduğu vaxt dəniz kənarında spirtli içki qəbul edərək əyləniblər.
Kubalı idmançıların yanında həmyerliləri “Neftçi”nin sabiq üzvü Gerye və həyat yoldaşı da olub.
Hər 3 boksçu “Qəbələ” idman klubunun idmançılarıdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı sərt karantin tətbiq olunan ərazilərdə çimərliyə getməyin qadağan olduğunu demişdi.
Qeyd edək ki, bu gündən Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda sərt karantin tətbiq edilir.