Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?

Ermənistanın 2027-ci il üçün dövlət büdcəsinin layihəsi açıqlanıb.

Gələn il üçün dövlət büdcəsi layihəsinə əsasən, Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinə 22,5 milyard dram (təxminən 106 milyon manat) ayrılacaq.

Layihəyə əsasən, Ətraf Mühit Nazirliyinə 13,1 milyard (təxminən 62 milyon manat), Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyinə 32,3 milyard (təxminən 152 milyon manat), Daxili İşlər Nazirliyinə 144,1 milyard (təxminən 680 milyon manat), Ədliyyə Nazirliyinə 27,4 milyard (təxminən 130 milyon manat), Milli Təhlükəsizlik Xidmətinə 61,7 milyard (290 milyon manat), Xarici Kəşfiyyat Xidmətinə 3,4 milyard (təxminən 16 milyon manat), Baş Nazir Aparatına təxminən 24,3 milyard (təxminən 115 milyon manat), Prezident Administrasiyasına təxminən 1,8 milyard (təxminən 8,5 milyon manat) və Milli Məclisə təxminən 7,6 milyard dram (təxminən 36 milyon manat) ayrılması planlaşdırılır.