Azərbaycandakı “Formula-1” yarışı ləğv edildi – RƏSMİ

0
349

“Formula-1” üzrə dünya çempionatının Azərbaycan mərhələsi ləğv olunub.

Bu barədə yarış təşkilatçıları – “Formula-1” və Bakı Şəhər Halqası (BŞH) bəyanat yayıb.

Bildirilib ki, 2020-ci ildə Sinqapur və Yaponiya ilə yanaşı, Azərbaycan Qran-Prisi ləğv edilib. BŞH-nın yaydığı açıqlamada qeyd olunub:

“Böyük təəssüf hissi ilə bildiririk ki, COVID-19 koronavirus pandemiyası səbəbindən “Formula-1” Azərbaycan Qran-Prisi 2020 ləğv olunur.

Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq, bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli “Formula-1” azarkeşlərinin, həmçinin “Formula-1” əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq”.