Türkiyə Super Liqası bu gün bərpa olunur – MATÇLAR

0
360

Bu gün Türkiyədə futbol mövsümü bərpa olunur.

Super Liqanın bərpasına İstanbulda və İzmirdə keçiriləcək iki matçla start veriləcək.

Dörd gün ərzində keçiriləcək XXVII turun matçlarını təqdim edirik:

12 İyun

22:00 “Fənərbaxça” – “Kayserispor”

22:00 “Göztəpə” – “Trabzonspor”

13 iyun

19:30 “Başakşəhər” – “Alanyaspor”

22:00 “Beşiktaş” – “Antalyaspor”

22:00 “Yeni Malatyaspor” – “Kasımpaşa”

14 iyun

19:30 “Gənclərbirliyi” – “Konyaspor”

22:00 “Qaziantep” – “Ankaragücü”

22:00 “Rizəspor” – “Qalatasaray”

15 iyun

22:00 “Sivasspor” – “Dənizlispor”

Qeyd edək ki, “Trabzonspor” və “Başakşəhər” 53 xalla I və II sıranı bölüşdürür. “Qalatasaray” 50 xalla III yerdədir.