Bakıda 24 nəfər metil spirtindən ölüb

0
337

Binəqədi rayon sakini, 1968-ci il təvəllüdlü Fərman Xudaverdiyev aptekdə tibbi adı ilə satılan texniki (metil) spirtdən zəhərlənib.

Respublika Toksikologiya Mərkəzinə gətirilən həmin şəxsin həyatını həkimlər xilas edə bilməyiblər.

Mərkəzin rəhbəri Azər Maqsudovun verdiyi məlumata görə, martın 20-dən bu günə qədər 28 nəfər metil spirtindən zəhərlənmə diaqnozu ilə klinikaya daxil olub, onlardan 19-u ölüb. Ümumilikdə, göstərilən müddətdə Bakıda 24 nəfər metil spirtindən həyatını itirib.

Bundan əvvəl, müvafiq qurumların paytaxt apteklərində reydlər keçirdikləri və metil spirtinin satışdan çıxarıldığı bildirilmişdi.