Abşeronda zeytun bağı yandı – YENİLƏNİB + FOTO/VİDEO

0
401

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonundakı yanğınla bağlı açıqlama yayıb.

Qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, zeytun bağında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

“Saray qəsəbəsində, Üzümlük yaşayış massivində qeydə alınan yanğın zamanı zəhərlənmə halları ilə bağlı təcili tibbi yardıma müraciət daxil olmayıb”, – qurum rəsmisi qeyd edib.

12:02

Abşeron rayonunda zeytun bağında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Hadisə Saray qəsəbəsində, Üzümlük yaşayış massivində Sədaqət Xanlarova məxsus üç hektar ərazidə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə bölməsinin yanğınsöndürənləri cəlb olunub. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülsə də, bağ tamamilə yanıb.

Nəticədə, üç mindən çox zeytun ağacı və damlama üsulu ilə quraşdırılan su boruları məhv olub.

Hadisə zamanı bağ sahibinin oğlu Emin Xanlarov tüstüdən zəhərlənib. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.