Azarkeşlər karantinə baxmayaraq, doğma klublarını tək qoymadılar – VİDEO

0
356

Futbol üzrə Çexiya çempionatında keçirilən “Bohemians 1905” – “Sparta” oyununda maraqlı görüntülər qeydə alınıb.

Meydan sahiblərinin arenaya buraxılmayan azarkeşləri oyuna nərdivanlarla gəliblər.

Stadionun hasarından klublarına dəstək verən azarkeşlərin fədakarlığı ətrafdakı insanların marağına səbəb olub.

Qeyd edək ki, oyun 0:1 hesabı ilə qonaq komanda “Sparta”nın qələbəsi ilə yekunlaşıb.