“Qarabağ” fransalı hücumçusu ilə yollarını ayırdı – RƏSMİ

0
352

“Qarabağ” Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.

Hücumçu Maqay Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Halbuki bu futbolçu ilə müqavilə 2021-ci ilin yayınadək idi.

Qeyd edək ki, Seneqal əsilli fransalı Maqay Qeye “Qarabağ”da 28 oyunda meydanda olub və bu matçlarda səkkiz qola imza atıb.