190 manatlıq birdəfəlik ödəmə ilə bağlı MÜHÜM AÇIQLAMA

0
416

“Ölkədə birdəfəlik ödəmə – 190 manatın verilməsi iş yerlərinin bağlanması ilə əlaqədar idi”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, hazırda iş yerləri açılıb və həftəsonu məhdudiyyətlərindən sonra insanlar işə çıxacaqlar.

“Hazırda 190 manatın verilməsi gündəmdə deyil”, – deyə o əlavə edib.