Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? – RƏSMİ

0
502

“Koronaviruslu xəstələrin müalicəsi üçün xəstəxanalarda yer olmadığı üçün məktəblərdən istifadə edilməsi xəbəri düzgün deyil”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ölkədə modul tipli xəstəxanalar qurulur:

“Bakı şəhərində iki xəstəxana, Abşeron rayonunda bir xəstəxana, Sumqayıt şəhərində bir xəstəxana – hər biri 200 çarpayı olmaqla qurulur.

Bir modul tipli xəstəxana istifadəyə verilir. Bunlar hamısı dolmuş olsa belə, ölkəmizdə yataq sayı kifayət qədərdir ki, məktəbə və ya digər yerlərə ehtiyac qalmasın”.

“Xəstəxanalar təkcə yataq sayı ilə deyil, lazımi tibbi avadanlıqlar, süni tənəffüs cihazları ilə təmin olunub”, – deyə sədr əlavə edib.