Ölüm haqqı

0
2221

Ölümün haqq olduğunu düşünmək heç də hər zaman asan olmur. Çoxlarının məhəbbətini qazanmış bir insanın vaxtsız ölümü onu sevən hər bir kəsdə böyük təəssüf və ağrı yaratması sevənlərinmi günahı yoxsa ölənimmi? Vaxtsız qiymətini verməyimizlə bağlı düşüncələr niyə hər zaman yaşla əlaqələnir. Ölümsüz həyat arzusunda olanların da, olmayanların da, yaşı 100-ü haqlamışların da son məqamda bu həyatdan ayrılmaq istəmədikləri labüddür.
Çoxumuz huzura qovuşmağın bu dünyanın ağır dərslərinin sonu olduğunu düşünsə də, huzura qovuşanlar o biri dünyanın hesabını, bu dünyada qalan yaxınları isə həsrət hesabını ödəməlidir.
Ölüm hansı hesab ödəyənin haqqıdır?
Niyə ümumbəşər düşüncələrimizin o dünyada dolğun həqiqətə qovuşacağını gözləməliyik?
Cavabı olmayan suallarımız imanlarımıza xələl gətirməsin, insallah.
Bu dünyada sahib olduğumuz biliklər bu dünyada lazım olacaq.
Cavabsız qalan suallarımızın o biri dünyada reallığının açarını tapacağına inanaq.
Başqa yolumuz yoxdur.
Bu yolsuzluğun müvəqqəti dünya problemləri içərisində kiçik bir nisgil roluna çevriləcəyi labüddür.
Dərd deməyə dilim gəlmir…
Çünki sevdiklərimizin ruhu çox zaman yanımızdadır.
Onları ağlar gözlərimizlə qarşılayıb incitməmək üçün böyük iradəyə hər birimizin ehtiyacı var. Və həm də huzur içində olanın halına şükürlər edib, səbrləri əldən buraxmamaq ağrısını bildirməmək üçün…

Sənubər