Süni intellekt (Sİ) texnologiyalarının tətbiqi səbəbindən işçilərini ixtisar edən şirkətlər əvvəllər işdən çıxardıqları əməkdaşları yenidən işə götürməyə başlayıblar.
Dünya üzrə şirkətlər iş yerlərinin ixtisarına səbəb kimi getdikcə daha çox süni intellekt texnologiyalarının tətbiqini göstərirlər.
“Bəzi şirkətlər süni intellekt modellərinin, tətbiqlərinin və agentlərinin gözlənildiyi kimi işləmədiyini müəyyən etdikdən sonra ixtisar etdikləri vəzifələr üzrə yenidən işçi axtarmağa başlayıblar. Beləliklə, əvvəllər işdən çıxardıqları əməkdaşları yenidən işə götürürlər. Bu cür halların nə qədər geniş yayıldığı dəqiq bilinmir. Lakin onlar artıq ayrıca adlandırılacaq qədər tez-tez baş verir: “Sİ bumeranqı”, – deyə materialda qeyd olunub.
Robert Half kadr agentliyinin məlumatına görə, maliyyə, marketinq, hüquq və səhiyyə kimi sahələrdə işə qəbul üzrə menecerlər 2026-cı ildə şirkətlərinin əsasən süni intellekt və ya avtomatlaşdırma səbəbindən bəzi ştat vahidlərini ixtisar etdiyini, lakin sonradan eyni və ya oxşar vəzifələrə yenidən işçi götürdüyünü bildiriblər.
AP xatırladır ki, “Ford” şirkəti süni intellekt alətlərinin avtomobil istehsalçısının keyfiyyətə nəzarət prosesində gözlənilən nəticəni verməməsindən sonra yay aylarında 350 təcrübəli mühəndisi yenidən işə götürüb və ya onların vəzifələrini yüksəldib.



