Türkdilli respublikaların futbol klubları arasında “Turan Kuboku” keçirilə bilər

0
389

Türkiyə Futbol Federasiyası Xarici Əlaqələr Departamentinin üzvü Gürkan Teoman türkdilli respublikaların futbol klublarının iştirak edəcəyi “Turan Kuboku” layihəsini irəli sürüb.

Layihə çərçivəsində bu ölkələrin futbolçuları türkdilli respublika çempionatlarında çıxış edərkən legioner sayılmayacaqlar.

“Turan Kuboku” turniri basketbolda “Türk Hava Yolları”nın sponsoru olduğu Avroliqa yarışı formatında keçirilə bilər.

Yarışda Türkiyə, Şimali Kipr, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Başqırdıstan, Çuvaşiya, Tatarıstan, Tuva və Yakutiya komandalarının iştirakı nəzərdə tutulur.