Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var”

0
403

Müğənnilər psixoloq olmalıdır. Özünə vurğun olmayan müğənni psixoloqdur. Həyat devizim : “Heç kimə inanma”. Bu həm də özümə olan əmrimdir”.

Bu sözləri Xalq artisti Flora Kərimova “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramına verdiyi müsahibədə deyib.

Xalqın sevilən sənətkarı qisasçı olduğunu bildirib:

“Şirin dilə, komplimentə inanma. Səni söyəni sona kimi qov, divara dirə. Bir sözlə, əgər onları cəmləşdirsəm, belə çıxır ki, qisas alanam. Bəli, bu belədir”

F.Kərimova həmkarlarına dayaq olduğunu söyləyib:

“Müğənnilərə arxayam. Heç kimi qapımdan peşman qaytarmamağa çalışmışam. Elə adamlar olub ki, yalan danışıblar. Elə adamlar olub ki, hər şeydən keçib, mənəviyyat deyilən sözün fərqinə, çəkisinə varmayaraq gözünü yumub, ağızlarını açıblar”.

“Çörəyimin duzu yoxdur” deyən Xalq artisti xoşbəxt ana olduğunu söyləyib:

“Lakin əlimin duzu ilə böyüyən övladlarım var. İndi mənə sual verəndə ki, “xoşbəxtsiniz?” deyirəm ki, ana kimi xoşbəxtəm, lakin bir vətəndaş kimi sınığam”.

Taleyinin üzünə gülməyən zamanların olduğunu bildirən 79 yaşlı F.Kərimova gündəmdə qalmaq üçün hətta abırından keçən sənətçilərin olduğunu söyləyib:

“Məni heç kim və heç nəyi ilə təəccübləndirə bilməz. Taleyimin qapazlı zamanı da olub, toy-büsatlı dönəmi də. Tamaşaçım yox, millətim var. O millətim isə arxamda durur. Mənə biz söz deyiləndə millət cavab verir.

Gündəmdə qalmağın yolları çoxdur: abırlı, abırsız, mənəviyyatsız, şəxsiyyətini qoruyan. O, insanın təbiətindən asılıdır”.