Səkkiz illik qadağadan sonra “Xəzər TV”də qonaq olan Xalq artisti: “Beşinci dəfə insult keçirdim” – FOTO

0
458

Xalq artisti Flora Kərimovaya “Xəzər TV”nin efirinə çıxmaqla bağlı qoyulan qadağa səkkiz ildən sonra götürülüb.

Sənətkar ötən gün telekanalda yayımlanan “5/5” axşam şousunun qonağı olub.

F.Kərimovanı ağ güllərə qərq edən verilişin aparıcısı Zaur Kamal uzun fasilədən sonra müğənnini efirdə yenidən gördüyünə şad olduğunu söyləyib.

Xalq artisti məsələyə belə aydınlıq gətirib:

“Zər qədrini zərgər bilər, zərgər zəri muradına yetirər. 10 ilə yaxındır efirə çıxmırdım. Millətimin, bu məkanın muradı mübarək olsun. Pis günün ömrü az olar, amma nədənsə, mənim pis günlərim uzun çəkdi”.

F.Kərimova səhhətində yaranmış problemlərdən də söhbət açıb:

“Bir müddət öncə səhhətimdə ciddi problemlər yarandı. Beşinci dəfə insult keçirdim. Heç bir insanın mənə olan münasibəti səhhətimə təsir edə bilməz. 79 yaşım olacaq…”