DİN-dən Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı AÇIQLAMA

0
470

Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  məlumat verilib.

Bildirilib ki, faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib, zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu və 1 mülki şəxs ölüb, 2 nəfər isə ağır xəsarət alıb.