Fransadan Türkiyəyə qarşı xain addım

0
689

Hər il Fransada aprelin 24-ü “erməni soyqırımı” qurbanlarının milli anım günü kimi qeyd olunacaq Fransa prezidenti Emmanuel Makron ölkə ərazisində 24 aprel tarixinin qondarma “erməni soyqırımı” anım günü elan olunması barədə fərman imzalayıb.

Fərman Fransanın rəsmi qanunvericilik portalında dərc olunub.
Qeyd edək ki, Makron qərarı barədə hələ bu ilin fevralında Fransada erməni təşkilatlarının koordinasiya şurasının illik şam yeməyində çıxışı zamanı bildirib.
“Hər il Fransada 24 aprel tarixi “erməni soyqırımı” qurbanlarının milli anım günü kimi qeyd olunacaq”, – deyə fərmanda bildirilir.
Qeyd olunur ki, bu günlə bağlı tədbirlər rəsmi olaraq Parisdə keçiriləcək.