İsveçdə daha bir azərbaycanlı koronavirusdan öldü – FOTO

0
441

İsveçdə koronavirus pandemiyasından daha bir azərbaycanlı ölüb.

Bununla bağlı  İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand “Facebook” hesabında məlumat verib.

O bildirib ki, azərbaycanlı gecə saatlarında Stokholmda vəfat edib

vəfat edən şəxs əslən Neftçala rayonundan olan 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğludur.

Qeyd edək ki, bundan əvvəl İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev yeni növ koronavirusdan vəfat edib.