Mbappe koronavirusa görə “Real”a keçməyəcək

0
332

PSJ-nin hücumçusu Kilian Mbappe yaxın transfer mövsümündə Paris klubunu tərk etməməyə qərar verib.

İdmançının sözügedən qərarına koronavirus pandemiyası ilə bağlı yaranmış böhranın səbəb olduğu qeyd edilir.

Xatırladaq ki, PSJ-nin Mbappe ilə 2022-ci ilin yayına qədər müqaviləsi var. Oyunçunu transfer etməkdə Madrid “Real”ının maraqlı olduğu bildirilir. “Real” transferdən imtina etmək niyyətində deyil və oyunçu ilə 2021-ci ildə müqavilə bağlamağa cəhd göstərəcək.