“Tik-Tok” azyaşlıların videolarına görə cərimələnə bilər

0
364

ABŞ-ın bir sıra təşkilatları “Tik-Tok” sosial şəbəkəsindən Federal Ticarət Komissiyasına şikayət edib. Səbəb xüsusən gənclər arasında populyarlıq qazanan sosial şəbəkənin 13 yaşdan kiçik uşaqların görüntülərini silməkdən imtina etməsidir.

2019-cu ildə “Tik-Tok” internetdə uşaqların zərərli informasiyadan qorunması haqqında ABŞ qanunvericiliyini pozduğuna görə, 5,7 milyon dollar məbləğində cərimə olunub. Sözügedən qanuna əsasən, saytlar və internet xidməti ilə məşğul olan qurumlar 13 yaşına çatmamış uşaqların fərdi məlumatlarını valideynlərinin icazəsi olmadan yayımlaya bilməz.

Öz növbəsində, “Tik-Tok”un sözçüsü Hilari Makkueyd şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsi ilə əlaqədar ciddi ölçü götürəcəklərini bildirib.

Qeyd edək ki, “Tik-Tok” Çində qurulmuş sosial şəbəkədir. İstifadəçilər bu sosial şəbəkədə qısa, əyləncəli videoçarxlar yerləşdirirlər.