Baş redaktora cinayət işi açıldı – RƏSMİ

0
608

Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb:

“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Təfərrüat barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.